Ölkə
İslam İnkişaf Bankının nümayəndələri ilə “Kənd yerlərinin kompleks inkişaf” layihəsinin icrası müzakirə edilib
Bakı, 18 aprel,
AZƏRTAC
Kənd təsərrüfatı naziri Heydər Əsədov İslam İnkişaf Bankının nümayəndələri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi “Kənd yerlərinin kompleks inkişaf” layihəsinin icrası ilə bağlı müzakirələrin aparılması olub.
Nazir İslam İnkişaf Bankı ilə əlaqələri yüksək qiymətləndirərək, bu layihənin ölkəmizdə həyata keçirilməsinə önəm verildiyini nəzərə çatdırıb.
Görüşdə hər bir komponent ayrı-ayrılıqda müzakirə edilib, ümumilikdə layihənin fəaliyyətinin optimallaşdırılması üzrə tövsiyələr verilib.
İslam İnkişaf Bankının nəzarət missiyanın rəhbəri Bahodir Mirzayev səmərəli təklifləri təqdirəlayiq hesab edərək, onların nəzərə alınmasını məqsədəmüvafiq sayıb.