Dünya

​İŞİD və "Taliban" bir-biri ilə müharibəyə başlaya bilər

Metbuat.az

Bakı. 20 aprel. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) və "Taliban" terror qruplaşmaları bir-biri ilə müharibəyə başlaya bilər.


"Report" xəbər verir ki, bu barədə Hilmənd əyalətinin polis rəisi Nəbi Jan Mulahhilə istinadən "Khaama Press" məlumat yayıb.


Onun sözlərinə görə, terror qruplarının bir-birlərinə "cihad" elan etdikləri sənədlər tapılıb.


Həmçinin qeyd olunur ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi "Taliban" lideri Məhəmməd Öməri "səfeh və səriştəsiz hərbi rəhbər" adlandırıb.