Dünya

​İŞİD terrorçuları 10 həkimi edam edib

Metbuat.az

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.


Həkimlər İŞİD-in yaralı silahlılarını müalicədən imtina etdikləri üçün "cəzalandırılıblar".


Ötən gün bu terrorçu qruplaşma cib telefonlarından istifadə edən Mosulun 5 sakininin barmaqlarını kəsib. Terrorçular elan edib ki, cib telefonlarından istifadə edən hər kəsə 30 şallaq vurulacaq.


Məlumata əsasən, İŞİD qruplaşması bu rabitə vasitəsi ilə yerli əhalinin şəhərdən kənara informasiya ötürəcəyindən qorxur.