Digər

İŞİD tarixi soyqırıma hazırlaşır

Metbuat.az

Alman jurnalist İŞİD haqqında şok iddialar səsləndirib.



ANS PRESS-in məlumatına görə, alman jurnalist terror təşkilatının lideri Bağdadinin icazəsi ilə 10 gün İŞİD-çilərin arasında qalıb. Yürgen Todenhöfer İŞİD-in insanlıq tarixinin ən böyük dini qırğınına hazırlandığını bildirib.



İŞİD-in Suriya və İraqda nəzarətində saxladığı bölgələrə giriş icazəsi verdiyi ilk qərbli jurnalist olan Yürgen terrorçuların dini təmizlik hərəkatını planlaşdırdığını iddia edib. Jurnalistin sözlərinə görə, İŞİD dəhşətli soyqırım planlaşdırır



Türk kəşfiyyatı isə iddia edir ki, Suriya və İraqda çətin günlər keçirən İŞİD qərargahını Qafqaza daşıyır. Bu məlumatı Rusiya kəşfiyyatı da təsdiq edir. Ehtimal olunur ki, İŞİD qərargahını dəyişdikdən sonra regionda qırğınlar törədəcək.

Mənbə
ANS PRESS