Dünya
“İŞİD” Suriyanın Salmiyə şəhərini raket atəşinə tutub, 7 nəfər ölüb
[ 06 Aprel 2015 22:46 ]
Bakı-APA. “İŞİD” qruplaşmasının silahlıları Suriyanın paytaxtı Dəməşqdən 220 km aralıda yerləşən Salmiyə şəhərini atəşə tutub.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Mayadin” telekanalı məlumat yayıb.
Minaatanlardan və raket qurğularından açılan atəş nəticəsində 7 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Xatırladaq ki, martın 31-də “İŞİD”-in Əl-Məbuca şəhərinə hücumu zamanı 48 nəfər ölmüş, 80 nəfər yaralanmışdı.