Dünya
İŞİD silahlıları İraqda 300 nəfəri edam edib
[ 09 Aprel 2015 20:34 ]
Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları İraqın qərbindəki Anbar əyalətində 300 nəfəri edam edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Iraq News nəşri məlumat yayıb.
Yerli qəbilə liderlərinin şurasının rəhbəri Naim Qaudun bildirdiyinə görə, terrorçular əyalətin qərbindəki Əl Kaym rayonunda 300-dək təhlükəsizlik xidmətinin əməkdaşlarını və yerli sakinləri kütləvi şəkildə qətlə yetirib. Naim Qaudunun sözlərinə görə, silahlılar qətlə yetirilənlər şəxsləri ölkənin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqda ittiham edib.