Dünya
Mənbə
ANS PRESS
İŞİD liderinin ən ağır günü
İngilis mətbuatı İŞİD lideri Əbubəkr əl Bağdadinin ağır yaralandığını yazır.
ANS PRESS-in məlumatına görə, “Guardian” qəzeti İŞİD-ə yaxın qaynağa istinadən bildirib ki, Bağdadi mart ayında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hücumu nəticəsində ağır yaralanıb.
Qaynaq bildirib ki, Bağdadi üçün həyati təhlükə sovuşub, lakin mütəmadi yaxşılaşma dövrü başlayıb. Amma İŞİD-ə gündəlik əmrlər verə bilmir.
“Guardian” iddia edib ki, Bağdadinin öləcəyini düşünən İŞİD komandirləri təşkilatın yeni liderini müəyyən etmək üçün təcili yığıncaq keçiriblər.
Mənbə
ANS PRESS