Dünya

İŞİD hücuma keçdi: İraq şokda

Metbuat.az

İŞİD terror qruplaşması yenidən İraqda hücuma keçib.



ANS PRESS-in məlumatına görə, aprelin 15-dən başlayaraq terrorçular əks-hücuma keçərək Ramadi şəhərinin bir-neçə kilometrliyinə qədər çata biliblər.



İŞİD 3 kəndi ələ keçirib və şəhərin üzərinə hücuma keçməyə hazırlaşması İraq hökümətini təcili tədbirlər görməyə məcbur edib.



Əhalinin kütləvi şəkildə Ramadi şəhərini tərk etməyə başladığı bildirilir. İraq ordusu ilə yanaşı 3 minədək şiə könüllüsü şəhərin müdafiəsinə cəlb olunub.



Hazırda İraqın bir neçə vilayəti İŞİD terrorçularının əlindədir.

Mənbə
ANS PRESS