İŞİD bu dəfə onları daşqalaq etdi (FOTO)
Qəddar edam səhnələri ilə gündəmdən düşməyən İŞİD-ın qurbanı bu dəfə nişanlı cütlük olub. ANS PRESS-in məlumatına görə, evlilikdən öncə intim münasibətdə olmaqda ittiham etdiyi cütlüyü daşlayaraq öldürüb.
Məlumata görə, daşqalaq edilən hər iki şəxs İŞİD üzvü olub. Tükürpədici səhnə İraqın Mosul şəhərinin Ninova əyalətində yaşanıb. İŞİD-ın qalası hesab edilən yerdə həyata keçirilən edamdan öncə cütlüyün ittihamı səsləndirilib.
Onlar qətlə yetirildikləri yerə gözü bağlı şəkildə gətiriliblər. Daha sonra xüsusi olaraq hazırlanand aşlar meydana gətirilib və daşlanma prosesi başlayıb.
Daş yağmuru altında bədənləri parçalanan qadın və kişi hadisə yerindəcə ölüblər.
Dəhşətli səhnəni izləmək üçün meydana onlarla insan toplaşıb. Edamdan sonra hadisə yerindən olan fotolar da yayılıb.
Mənbə
ANS PRESS