İşgəncələrin Qarşısının Alınması Üzrə BMT-nin Alt Komitəsi Azərbaycanda monitorinq keçirəcək
Dörd nəfərlik heyətə rəhbərlik edən Ayşə Şujun Muhamməd qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən istənilən azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz giriş üçün şəraitin yaradılacağına dair rəsmi Bakıdan zəmanət alıblar.
İşgəncələrin Qarşısının Alınması Üzrə
BMT-nin Alt Komitəsinin vəzifəsi məhbuslara qarşı işgəncə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qarşısının alınması və bu kimi halların aradan qaldırılmasından ibarətdir. Eyni zamanda o, İşgəncələrə qarşı Konvensiyanın Fakültativ Protokolunun (OPCAT) tərəfləri olan bütün dövlətlərə səfər etmək mandatına malikdir.
Azərbaycana doqquz günlük səfər zamanı nümayəndə heyəti azadlıqdan məhrumetmə yerlərini ziyarət edəcək, Azərbaycan rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçiricək. Səfərdən sonra SPT azadlıqdan məhrum edilmiş şəxslərə qarşı işgəncə və pis rəftarın qarşısının alınması ilə bağlı müşahidə və tövsiyələrindən ibarət məxfi hesabatını Azərbaycan hökumətinə təqdim edəcək.
Nümayəndə heyətinə Aişa Şujun Muhamməd, Miloş Yankoviç, Margret Osterfeld və Viktor Zaharia daxildir.