Ölkə

İşçi qrup Əfv Komissiyasına məhbusların siyahısını təqdim edəcək

Metbuat.az

Bunu "Report"a açıqlamasında İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun üzvü Novella Cəfəroğlu deyib. O bildirib ki, siyahının Komissiyaya mayın 10-na qədər təqdim olunması planlaşdırılır: "Mayın 10-da

Heydər Əliyev

in doğum günü ilə əlaqədar əfv gözlənilir. İşçi qrupu toplaşırsa, müzakirələr aparılırsa, deməli, əfvə hazırlıq gedir".


N.Cəfəroğlu iclasda bir sıra məsələlərin İşçi Qrupa həvalə edildiyini qeyd edib: "Azərbaycanda qəbul olunan qanunlarla da bağlı müzakirə aparıldı. Bu qanunların qəbulu zamanı işçi qrupu rəy verə bilər. Bununla yanaşı, bir çox məsələlər qrupa həvalə edilib".


Xatırladaq ki,

Milli Məclis

də keçirilən İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupunun sonuncu iclasında qrupun həmsədrləri - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Fuad Ələsgərov

, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

Səməd Seyidov

, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.