İrəvana bomba qoydular
Ermənistan paytaxtında bomba həyəcanı yaşanıb, sakinlər təlaş içində qaçmağa başlayıblar.
ANS PRESS xəbər verir ki, İrəvanda mərkəzi küçə ilə hərəkət edən trolleybusa şübhəli əşya qoyulub.
Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti trolleybusda şübhəli predmet aşkar edilməsi faktını təsdiqləyib: "Bununla bağlı gündüz saatlarında siqnal daxil oldu. Bildirildi ki, Erebuni küçəsində trolleybusda şübhəli predmet tapılıb, təcili kömək tələb olunur. Hadisə yerinə xilasedicilər çağırılıb."
Hazırda faktla bağlı araşdırma aparılır.
Yerli ekspertlər bunu "erməni soyqırımı" ilə əlaqələndiriblər. Onların fikrincə, belə hallar bundan sonra da yaşanacaq. Bu ölkədə sakinlərin təhlükəsiz şəraitdə yaşaması ideal görünmür. Çünki indiki hakimiyyət bütün qonşularla problemli münasibət siyasəti aparır.
MənbəANS PRESS