Dünya

İrəvan xarici siyasəti dondurur

Metbuat.az

Ermənistan müstəqil xarici siyasətdən imtina edir və indən bilə İrəvanla Moskvanın xarici siyasəti üst-üstə düşəcək.



ANS PRESS-in məlumatına görə, bu fikri Rusiya Xarici işlər Nazirliyinin bu gün yaydığı bəyanatla tanışlıqdan sonra irəli sürmək olar.



Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın 7-8 aprel tarixlərdə Moskvaya səfəri ilə bağlı yayılmış bəyanatda bildirilir ki, xarici işlşər nazirliklərinin məsləhətləşmələri hesabına beynəlxalq siyasətin əsas məsələləri barədə, o cümlədən Avropa təhlükəsizliyi məsələləri üzrə “saatların eyniləşdirilməsi” gerçəkləşdirilir. “Bizim ölkələrin mövqeləri bir çox məsələlərdə oxşardır və ya üst-üstə düşür”,- deyə bəyanatda bildirilir.



Erməni mətbuatı bəyanatı elə də müsbət qarşılamayıb və bunu Ermənistanın vassallaşdırılması kimi dəyərləndirib.


Mənbə
ANS PRESS