Ölkə

“İrəli” İctimai Birliyi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna tur təşkil edir

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

“İrəli” İctimai Birliyi (İB) Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna tur təşkil edir.


“İrəli” İB-dən

AZƏRTAC

-a bildiriblər ki, tur aprelin 18-də saat 12:00-da təşkil olunacaq. Tura qatılmaq istəyən şəxslərdən ad, soyad və əlaqə nömrələrini “Qala qoruğu” başlığı ilə aynur.novruzova@ireli.az ünvanına göndərmələri xahiş olunur.


İştirakçılardan tur üçün ödəniş tələb edilmir.