Ölkə
“İrəli” İctimai Birliyi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təqdimat təşkil edib
Bakı, 22 aprel,
AZƏRTAC“İrəli” İctimai Birliyi (İB) Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təqdimat keçirib.
“İrəli”dən
AZƏRTAC-a bildiriblər ki tədbirdə İctimai Birliyin fəaliyyəti haqqında ətraflı məlumat verilib, qruplarla iş mexanizmi müzakirə olunub. Müzakirələrdə gənc qruplarla iş və sosial fəaliyyət istiqamətində yeni təşəbbüslər irəli sürülüb.
Tədbirdə Birliyin akademiya üzrə yeni əlaqələndiricisi təyin olunub.