Dünya

İraqda "İŞİD” liderlərindən biri öldürülüb

Metbuat.az

[ 13 Aprel 2015 14:41 ]



Bakı – APA. İraqda "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının Abu Maria kimi tanınan liderlərindən biri qətlə yetirilib. 

 
APA-nın məlumatına görə, İran dövlət telekanalının (İRİB) yayımladığı xəbərdə terrorçunun Tikrit şəhərinin şimal-şərqində öldürüldüyü bildirilib. O, İraq Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.