Dünya

​İranla "altılıq" arasında razılaşmanın şərtləri açıqlanıb

Metbuat.az

Bakı. 3 aprel. REPORT.AZ/ İran zəngiləşdirdiyi uranın 97%-ni başqa dövlətə (ola bilsin Rusiyaya) verəcək.


"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, bu haqda İranın atom-nüvə proqramı üzrə "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya, Çin) dövlətləri ilə İran arasında əldə edilən razılaşmala bildirilib.


Anlaşmaya əsasən, zənginləşdirdiyi 10 ton uranın 300 kq-ı İranda qalacaq.


Razılaşmada aşağadakı şərtlər də nəzərdə tutlub:


- 15 il ərzində İran uranı 3,67% səviyyəsindək zəndinləşdirə bilər, bu müddətdə zənginləşdirmə ilə bağlı yeni obyektlər yarada bilməz;


- İran zənginləşdirmədə istifadə etidiyi 19 min sentrafuqanın 2/3-nin fəaliyyətini dayandıracaq. Fəaliyyətdə 6 014 sentarafuqa qalmalıdır. Yaxın 10 ildə isə zənginləşdirmə üçün İran 5 060 sentrafuqa saxlamalıdır;


- İran uranın zənginləşdirilməsini ancaq Nətənzdə apara bilər, 15 il ərzində isə Fərdo nüvə obyektində bu yöndə fəaliyyət göstərə bilməz;


- Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 10 il İranın atom-nüvə proqramına nəzarət ediləcək.


Bu və bu kimi şərtlər yerinə yetiriləcəyi halda İrana qarşı sanksiyaların götürüləməsi prosesi başlayacaq.


Məlumata görə, yekun razılaşma isə 2015-ci il iyunun sonunda imzalanacaq. 3 ay ərzində isə diplomatlar və mütəxəssislər anlaşmanının detallarını razılaşdıracaqlar.