Ölkə

İranın müdafiə naziri Azərbaycana gəlib

Metbuat.az

Bakı. 20 aprel. REPORT.AZ/ İranın müdafiə naziri Hüseyn Dehqani Azərbaycana gəlib.


İranın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, ikigünlük səfər çərçivəsində müdafiə naziri Azərbaycan prezidenti

İlham Əliyev

, müdafiə naziri

Zakir Həsənov

və digər rəsmi şəxslərlə görüşməyi planlaşdırır.  


Görüşlər zamanı əsas müzakirə mövzuları hərbi sahədə əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri olacaq.