Ölkə
İrandan gələn azərbaycanlının ayaqqabısında 26 büküm tiryək aşkarlanıb
Bakı, 15 aprel,
AZƏRTACBiləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada yolla gələn Yalçın Dadaşov gömrük nəzarətindən keçən zaman onun ayağındakı ayaqqabının hər tayında 13 ədəd bükümdə narkotik vasitə - tiryək aşkar edilib.
Dövlət Gömrük Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, şəxsi yoxlama zamanı isə Y. Dadaşovun üzərində 1 ədəd büküm olmaqla, ümumilikdə çəkisi 98,609 qram olan narkotik vasitə - tiryək tapılıb.
Faktla bağlı təhqiqat aparılır.