Ölkə

İran vətəndaşı arvadının başını çəkiclədi – BAKIDA

Metbuat.az

Aprelin 18-də Bakıda əcnəbi ölkə vətəndaşı həyat yoldaşına xəsarət yetirib. Lent.az-ın məlumatına görə, Nəsimi rayonu İ.İsmayılov küçəsində yerləşən mənzildə İran İslam Respublikasının vətəndaşı, 1980-cı il təvəllüdlü Həsənzadə Rəsul Abdulla oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əsgərzadə Sevinc İsgəndər qızına küt alətlə xəsarətlər yetirib. O, xanımının başına çəkiclə çoxsaylı zərbələr endirib.

S.Əsgərzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.