Dünya

İran və Azərbaycan turizm sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Metbuat.az

Iran, Tehran, 22 aprel /Trend, müxbir Təmkin Cəfərov/

İran və Azərbaycan turizmin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq sənədi imzalayacaq. Bunu bu gün Tehranda xarici jurnalistlərlə görüşündə Trend-in sualının cavabında İranın vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sanayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər deyib.

Trend-in məlumatına görə, M.Sultanifər may ayının 18-də Azərbaycana səfər edəcəyini bildirib.

M.Sultanifər səfərdə Azərbaycan rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirməklə yanaşı həmdə Bakıda keçiriləcək beynəlxalq bir tədbirə qatılacağını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az