Dünya

İran razılaşmasında “konqres əmması”

Metbuat.az

İran yekun razılığının əldə edilməsi üçün ABŞ qanunvericiləri ilə deyil, dünyanın altı qüdrətli dövləti ilə danışıqlar aparır.



ANS PRESS-in məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.



Ruhaninin bu açıqlaması Vaşinqtonda prezident Barak Obamanın razılığın ABŞ Konqresində baxılmasını nəzərdə tutan qanun layihəsinə imza atacağını bildirməsinə münasibət kimi dəyərləndirilir.



Rəşt şəhərində minlərlə insan qarşısında danışan prezident Ruhani həmçinin Tehranın sanksiyalar aradan qaldırılmayana qədər yekun razılığını imzalamayacağına dair mövqeyini bir daha təkrar edib.



Senatın Xarici Əlaqələr Komitəsi hər iki partiyanın nümayəndələrinin kompromis əldə etməsindən sonra sənəd qəbul edib. Sənəddə razılığın 30 gün müddətində nəzərdən keçirilməsinə və prezidentin hər 90 gün ərzində İranın nüvə fəaliyyətlərini dayandırdığını təsdiq etməsinə çağırılır. Şərtlər pozulduğu haqda Konqresin sanksiyaları yenidən tətbiq ediləcək.



ABŞ Dövlət katibi Con Kerri prezident Obamanın Konqresin qəbul etdiyi sənətə imza atmağa söz verməsindən sonra İranla yekun razılığın əldə edliməsinə əmin olduğunu bildirib.

Mənbə
ANS PRESS