Ölkə

İran Azad İslam Universitetinin rektoru AMEA-nın Şərqşünaslıq İnstitutunda olub

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

İran İslam Respublikasının Azad İslam Universitetinin rektoru, mədəniyyət və islami irşad nazirinin müşaviri Pərvin Dadəndiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüb.


İnstitutdan

AZƏRTAC

-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında elmi, mədəni əlaqələrdən söz açılıb, Şərqşünaslıq İnstitutu ilə Azad İslam Universitetinin əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumun bağlanması qərara alınıb və yaxın vaxtlarda bu memorandumun hazırlanaraq imzalanması planlaşdırılır.