Ölkə

“İnter-Tobacco” MMC cari ildə Şəki-Zaqatala bölgəsində tütün əkini sahələrini 1000 hektara çatdırmağı planlaşdırır

Metbuat.az

Zaqatala, 22 aprel,

AZƏRTAC

Cari ildə “İnter-Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Zaqatala, Qax və Şəki rayonlarının ərazisində 1000 hektara yaxın sahədə tütün yetişdirilməsi nəzərdə tutulub.


Cəmiyyətin Zaqatala tütün istehsalı və emalı məntəqəsinin müdiri Mohuma Hüşənov

AZƏRTAC

-a bildirib ki, ötən il 700 hektara yaxın sahədə tütün əkilmişdi. Bu il isə əkin sahələri genişləndiriləcək. Tütün əkini üçün müəssisəyə məxsus istixanalarda “Virciniya” növündən olan kifayət qədər ətirli tütün şitili yetişdirilib. Bir neçə gündür ki, bu rayonların təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İstixanalarda yetişdirilən şitillər fermerlərə pulsuz verilir. Qısa müddətdə Zaqatala, Qax və Şəki rayonlarında 50 hektar sahəyə tütün şitili köçürülüb və bu iş mayın sonunadək başa çatdırılacaq.