İdman

"İnter" Bakı derbisini qazandı

Metbuat.az

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.



ANS PRESS-in məlumatına görə, AZAL "Sumqayıt"ı sınağa çəkib. Oyunda hesabı "təyyarəçilər" açıblar - 75-ci dəqiqədə Valeri Kutsenko rəqib qapısına yol tapıb. 90+1-ci dəqiqədə isə Məhəmməd Qurbanov bərabərliyi təmin edib - 1:1.



"Bakı" "İnter"i qəbul edib. "Bankirlər" oyuna daha fəal başlayıblar - 10-cu dəqiqədə Derlis Meza Kolli fərqlənib. 56-cı dəqiqədə Əfran İsmayılov hesab arasındakı fərqi artırıb. Son saniyələrdə isə Nurlan Novruzov təsəlli qolunu vurublar - 1:2.



Beləliklə, "İnter" 26 oyundan 50 xalla 2-ci sıradadır. "Qarabağ" 57 xalla 1-ci, "Neftçi" isə 46 xalla 3-cüdür.



“Simurq” – “Qarabağ” - 0:1 (Birinci hissə)


Qol: Muarem Muarem, 18 (0:1)


Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov


Zaqatala şəhər stadionu.



20:00. “Neftçi” – “Qəbələ”


Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov


“Bakcell Arena“.



AZAL – “Sumqayıt” - 1:1


Qollar: Valeriy Kutsenko, 75 (1:0), Məhəmməd Qurbanov, 90+1 (1:1)


Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov


“AZAL Arena”.



“Bakı” – “İnter” - 1:2


Qollar: Derlis Meza Kolli, 10 (0:1), Əfran İsmayılov, 56 (0:2), Nurlan Novruzov, 90+3 (1:2)


Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov


“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

Mənbə
ANS PRESS