Dünya
AZƏRTAC
İngiltərədə ümumi ehtiyatı 100 milyard barrellik neft yatağı aşkar olunub
Bakı, 9 aprel,
AZƏRTACİngilis enerji şirkəti UK Oil and Gas Investments (UKOG) Londondakı Qatvik hava limanı yaxınlarında ümumi ehtiyatı 100 milyard barrel olan neft yatağı aşkar edib.
AZƏRTAC
xarici KİV-lərə istinadla xəbər verir ki, “Horse Hill” sahəsində keçən il başlanılan qazma işləri nəticəsində bölgədə təxminən 2,6 kvadrat kilometr sahədə orta hesabla 158 milyon barrel ehtiyat aşkar olunub. UKOG şirkəti bu kəşfin ümumi tutumu 100 milyard barrelə çatacaq ehtiyatın kiçik bir hissəsi olduğunu bildirib.
UKOG-un icraçı direktoru Stefen Sanderson bu tapıntının Britaniya üçün milli əhəmiyyət kəsb etdiyini deyib və son 30 ilin ən mühüm kəşfi adlandırıb.