Dünya

İndoneziyada zəlzələ oldu

Metbuat.az

İndoneziyanın şərqində 5,2 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Molukki əyalətində, Saumlaki şəhərindən 185 km şimal-qərbdə, ocağı isə 109 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.