Digər
İndoneziyada 5,2 bal gücündə zəlzələ baş verib
[ 05 Aprel 2015 06:36 ]
Bakı-APA. İndoneziyanın şərqində 5,2 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Molukki əyalətində, Saumlaki şəhərindən 185 km şimal-qərbdə, ocağı isə 109 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.