Dünya
AZƏRTAC
İndiana ştatında atışma: yaralanan 5 nəfərdən 3-ü uşaqdır
Bakı, 6 aprel,
AZƏRTACAprelin 5-də ABŞ-ın İndiana ştatında yerləşən İndianapolis şəhərində şəxsi evlərdən birində baş verən atışma zamanı aralarında 3 uşağın da olduğu 5 nəfər yaralanıb.
AZƏRTAC
Vesti.ru saytına istinadla xəbər verir ki, yaralanan iki qadın, 6 və 3 yaşında iki uşaq və 6 aylıq körpə bir ailənin üzvləridir. Onların hamısının vəziyyəti ağırdır.
İnsidentin baş verdiyi ev polis tərəfindən mühasirəyə alınıb. Hadisənin təfərrüatları hələ ki, bəlli deyil. İlkin məlumata əsasən atəş açan şəxslərin 3 kişi olduğu bildirilir. Qanun keşikçiləri onların axtarışını davam etdirirlər.