"İmperator"un pərəstişkarları bu xəbərə sevinəcəklər
Türkiyənin məşhur sənətçisi
İbrahim Tatlısəsbarədə yeni xəbər yayılıb.
Anspress
-in məlumatına görə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) riskli əməliyyat keçirən türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin yenidən geniş izləyici kütləsi qarşısına çıxacağı deyilir. Bu barədə yerli telekanallardan birində aparıcılıq edən aktrisa
Oya Aydoğanxəbər verib.
O bildirib ki, məşhur sənətçi özünü tamamilə yaxşı hiss etdikdən sonra “İbo şou” proqramı ilə yenidən efirlərə qayıdacaq. Hətta ilk proqramında çox yaxın dostu, ABŞ-da olarkən tez-tez onu ziyarət etməyə gələn
Sibel Canı qonaq edəcəyi qeyd edilir.
Xatırladaq ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alır. O, uzun müddət davam edən müalicədən sonra, bu ilin fevralında Mayamidə yenidən əməliyyat olunmuşdu. 6 gün komada qalan İbonun hazırda səhhətinin yaxşı olduğu bildirilir.
Milli.Az