Ölkə
İlin sonunadək Füzuli rayonunun qazlaşdırılması başa çatacaq
Füzuli, 20 aprel, Tahir Ağaməmmədov,
AZƏRTACBu ilin sonunadək Füzuli rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilməsi nəzərdə tutulur.
Tərtər Regional Qaz İstismar İdarəsindən
AZƏRTAC-a bildiriblər ki, indiyədək Horadiz şəhəri, rayonun 22 kəndindən 20-si, məcburi köçkünlər üçün salınmış Zobucuq və “Qayıdış-1”, “Qayıdış-2”, “Qayıdış-3” qəsəbələri təbii qazla təmin olunub. “Qayıdış-10”, “Qayıdış-11” qəsəbələrində qazlaşma işləri başa çatıb. Bu qəsəbələrə yaxın günlərdə təbii qaz veriləcək. 4-9-cu “Qayıdış” qəsəbələrində isə küçə xətləri çəkilib, hazırda sayğaclaşma işləri aparılır. Araz Dilağarda və Araz Zərgər kəndlərində də qaz xətlərinin çəkilişi davam etdirilir.
Qazlaşdırma işləri bu il tam başa çatdırılacaq.