Ölkə

İlham Əliyevdən fərman

Metbuat.az

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında fərman imzalayıb.



Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə qərara alıb ki, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin:



Komissiyanın sədri



İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti



Komissiyanın üzvləri



Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri


Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri


Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini


Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti


Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti


Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri


Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri


Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri


Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri


Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri


Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri


Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri


Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti


Ağamusa Axundov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü


Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri


Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri


Firəngiz Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının sədri


Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri


Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri


Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri


Tahir Salahov – Xalq Rəssamı


Arif Məlikov –Xalq Artisti


Ömər Eldarov – Xalq Rəssamı


Eldar Quliyev – Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti



Bu fərmanla “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli fərmanı ləğv edilir.



Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mənbə
ANS PRESS