Ölkə

İlham Əliyev İsrail prezidentini təbrik etdi

Metbuat.az

Azərbaycan prezidenti İlham Əliyev israilli həmkarı Reuven Rivlini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.



ANS PRESS-in məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:



”Hörmətli cənab prezident, İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-İsrail əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm”.

Mənbə
ANS PRESS