Digər

İki nəfərə qarşı quldurluq edən şəxslər həbs edilib

Metbuat.az

[ 06 Aprel 2015 12:49 ]



Bakı. Fuad Cəfərov – APA. İki nəfərə qarşı quldurluq edən şəxslər saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Elnarə Müstafayevaya və Elvin Hüseynova qarşı quldurluq edən Bakı şəhər sakinləri Səbuhi Əsədov, Cəfər Fərzəliyev və əvvəllər məhkum olunan Kənan Hüseynov tutulublar.