Digər

İki avtomobili əzdi, qaçdı - FOTO

Metbuat.az

Gəncənin Üzeyir Hacıbəyov küçəsində 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.



Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə günorta saatlarında “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb. Belə ki, “VAZ 2106” markalı avtomobilin sürücüsü əvvəlcə qarşıda gedən - Goranboy sakini

İbayev Qalib Camal oğlu

nun idarə etdiyi “VAZ 2107” markalı maşını, daha sonra əks hərəkət istiqamətinə keçərək Gəncə şəhər sakini

Adıgözəlov Asəf Hüseyn oğlu

nun idarə etdiyi “VAZ 2107” markalı avtomobili vuraraq hadisə yerindən qaçıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.



Gəncə şəhər DYP-nin əməkdaşları tərəfindən qəzaya səbəb olan sürücünün axtarışı aparılır.



Milli.Az