Ölkə

“İdarəçilik məktəbi” layihəsi çərçivəsində növbəti görüş

Metbuat.az

Samux, 22 aprel,

AZƏRTAC

Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 2014-cü ilin noyabr ayından Heydər Əliyev Mərkəzində həyata keçirilən “İdarəçilik məktəbi” layihəsi çərçivəsində növbəti görüş rayon icra hakimiyyətinin başçısı Alı Qocayevlə olub.


AZƏRTAC

xəbər verir ki, 200 nəfərədək gəncin iştirak etdiyi görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən daxili və xarici siyasətdən, Azərbaycanın bütün bölgələrində gedən sosial-iqtisadi inkişafdan danışılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev məktəbinin layiqli davamçısı, Prezident İlham Əliyevin son illər gördüyü məqsədyönlü işlər nəticəsində ölkəmiz dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxıb.


Sonra iştirakçıların sualları cavablandırılıb.