Dünya

Hyustonun qızı komadan çıxdı

Metbuat.az
Bu barədə onun atası tanınmış ifaçı Bobbi Braun açıqlama verib

Tanınmış amerikalı ifaçı Uitni Hyustonun qızı

Bobbi Kristina Braun

komadan çıxıb.



Anspress

-in məlumatına görə, bu haqda onun atası tanınmış ifaçı

Bobbi Braun

danışıb. O, Texasda keçirdiyi konsert zamanı "Bobbi oyanıb. O, indi məni izləyir", - deyib.



Xatırladaq ki, 22 yaşlı Bobbi Kristina Braun bu il yanvarın sonunda öz evinin vanna otağında huşsuz vəziyyətdə tapılıb. Onu həyat yoldaşı

Nik Qordon

və dostu tapıb. Xəstəxanaya yerləşdirilən Bobbi komaya düşüb. Həkimlərin bir neçə dəfə onu komadan çıxarmaq cəhdləri isə uğursuz olmuşdu.



Hadisə hələ də araşdırılır. Bunun intihar, bədbəxt hadisə, yoxsa qəsdən adam öldürməyə cəhd olduğu müəyyən edilməyib.



Milli.Az