Digər
Hüquq müdafiəçiləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində seminar keçirib
[ 11 Aprel 2015 12:17 ]
Bakı. Fərid Mirzəyev – APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Aydın Bəyişov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) seminar keçiriblər.
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, seminarda BŞDYPİ-nin rəisi Nuşirəvan Səfərov da iştirak edib: “İki saat davam edən seminar “Polis və vətəndaş münasibətləri” mövzusunda keçirilib. Bildiyiniz kimi, qarşıdan I Avropa Oyunları gəlir. Ölkəmizə qonaqlar gələcək və nəsə bir məlumat lazım olanda polisə yaxınlaşacaqlar. Eyni zamanda, seminar zamanı yol polisi müfəttişlərinə irad və tövsiyələrimizi dedik, nöqsanları diqqətlərinə çatdırdıq. Onlar çıxışlarımızdan razılıqlarını bildirdilər”.