Dünya

Hökumətin iqtisadi siyasətinin nəticəsi: Eyfel qülləsində iş dayandırıldı

Metbuat.az

Eyfel qülləsinin işçiləri Fransanın əsas həmkarlar ittifaqlarının iş günü tətil etmək çağırışına qoşulublar.



Trend

-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, onlar yerli vaxtla saat 18:00-a qədər qüllənin bütün mərtəbələrində işin dayandırıldığını elan ediblər.



Ümumi Əmək Konfederasiyasının nümayəndəsi bildirib ki, işin dayandırılmasını işçilərin 90 faizi, xüsusilə də bələdçilər və kassirlər dəstəkləyib: "Onlar hökumətin sərt iqtisadi siyasət kursuna qarşı keçirilən bu tətildə iştirakı vacib hesab ediblər".



Həmçinin bu gün axşam Parisdə Respublika meydanında regiondan gələcək əməkçilərin iştirakı ilə çoxminlik nümayiş gözlənilir.



Milli.Az