Dünya

Hillari Klinton prezidenti postuna namizədliyini irəli sürəcək

Metbuat.az

Bakı, 11 aprel,

AZƏRTAC

Keçmiş dövlət katibi Hillari Klintonun ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyi gözlənilir.


AZƏRTAC

ABC News telekanalına istinadla xəbər verir ki, bu barədə məlumatı Hillari Klintonun planları ilə tanış olan demokrat partiyasının nümayəndələri bildiriblər. Xanım siyasətçi namizədliyini aprelin 12-də sosial media vasitəsi ilə elan etməlidir. Bununla bağlı video-müraciət də hazırlanır.


Gələn həftədən etibarən keçmiş dövlət katibinin ştatlarda tanışlıq kampaniyalarına başlayacağı gözlənilir.


Hillari Klinton seçkilərdə qələbə qazanacağı təqdirdə, ABŞ tarixində ilk qadın dövlət başçısı olacaq.