Sosial
Heydər Məscidi mühüm əhəmiyyətli obyektlər siyahısına daxil edilib
"Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir
Artur Rasi-zadəimzalayıb.
Belə ki, Bakıdakı Heydər Məscidi mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.
Qeyd edək ki, siyahıdakı obyektlər dövlət büdcəsindən maliyyələşdirilən və maliyyə yardımı alan müəssisə və təşkilatlarda dövlət büdcəsinin vəsaiti, təsərrüfathesablı müəssisə və təşkilatlarda isə öz vəsaiti hesabına təmin edilir.