Ölkə

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi müəyyən edilib

Metbuat.az

[ 08 Aprel 2015 19:23 ]


Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilib:


Komissiyanın sədri


İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti


Komissiyanın üzvləri


Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri
 

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

rəhbəri
 

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli Zadə –    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Ağamusa Axundov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri

Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri

Firəngiz Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri

Tahir Salahov – Xalq Rəssamı

Arif Məlikov –Xalq Artisti

Ömər Eldarov – Xalq Rəssamı

Eldar Quliyev – Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti