Ölkə

“Herodot kuboku” intellektual yarışının birinci mərhələsində 120 komanda iştirak edib

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Tələbələr arasında “Herodot kuboku” intellektual yarışının birinci mərhələsi keçirilib. Yarış Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan İntellektual Oyunlar Klubunun təşkilati dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən təşkil olunub.


ATGTİ-dən

AZƏRTAC

-a bildiriblər ki, intellektual yarışın keçirilməsində məqsəd gənclərin tarixə, onun öyrənilməsinə olan marağını artırmaqdır. Yarışda altı nəfərdən ibarət komandalar tarixin müxtəlif sahələrinə aid sualları cavablandırıblar.


İntellektual yarışın birinci mərhələsində ¬¬¬¬¬12 təhsil müəssisəsindən 120 komanda iştirak edib.


“Herodot kuboku” intellektual yarışının final mərhələsi aprelin 24-də “Park İnn” oteldə keçiriləcək.