Ölkə

Hərbçilərimiz qabaqcıl öyrətmə metodlarına yiyələnəcəklər

Metbuat.az

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri Rumıniyada beynəlxalq tədbirdə iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 20-dən 22-dək Rumıniyanın paytaxtı Buxarest şəhərində qabaqcıl öyrətmə metodları üzrə seminar keçiriləcək.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az