Ölkə
ANS PRESS
Hərbçilərimiz Dohaya gedir
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 14-dən 16-dək Doha şəhərində (Qətər) "Yırtıcı Şahin-2015" təliminin yekun planlaşdırma konfransı, aprelin 14-dən 17-dək Kaunas şəhərində (Litva) yaralılara hospitala təxliyyədən öncəki tibbi yardım kursu keçiriləcək.
Bununla yanaşı, aprelin 14-dən 24-dək isə Əmman şəhərində (İordaniya) Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
MənbəANS PRESS