Ölkə

Həmyerlisinin 14 min manatını oğurlayan şəxs tutuldu

Metbuat.az

Azərbaycanda külli miqdarda pul oğurlayan şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Qalib Əsgərovun evindən 14000 manat və 2300 ABŞ dolları oğurlamış rayon sakini Fərəc Qasımov tutulub.

Araşdırmalar davam etdirilir.