Digər

Həmsədrlər Ermənistan xarici işlər naziri ilə görüşüblər

Metbuat.az

Bu gün isə onların Xankəndinə gedəcəkləri gözlənilir

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ üzrə həmsədrləri bu gün İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Lent.az-ın "İnterfaks" agentliyinə istinadən məlumatına görə, bu braədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan məlumat verib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və prezidentlərin imzaladığı Moskva bəyannaməsi müzakirə olunub.

Bu gün həmsədrlərin Xankəndinə gedəcəkləri gözlənilir.