Dünya

Havada ABŞ - Rusiya döyüşü

Metbuat.az

Aprelin 7-də ABŞ-ın kəşfiyyat təyyarəsi Baltik dənizi üzərində Rusiya hava məkanına doğru uçarkən görünüb.



ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözcüsü İqor Konaşenko açıqlama verib.



Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Su-27 təyyarəsi vəziyyəti nəzarətdə saxlamaq üçün havaya qaldırılıb.



"Təyyarəmiz ABŞ təyyarəsi ətrafında dövrə vurub. ABŞ RC-135U kəşfiyyat təyyarəsinin olub-olmadığını müəyyən etmək üçün təyyarəmiz oraya göndərilməli idi."



Məsələ ilə bağlı ABŞ Müdafiə Nazirliyi də açıqlama verib.



"ABŞ-ın RC-135U təyyarəsi cari marşrutla beynəlxalq hava məkanında uçarkən Rusiyanın Su-27 təyyarəsinin həmləsinə məruz qalıb. Rusiya təyyarəsi olduqca təhlükəli və qeyri-peşəkar manevr edib. ABŞ artıq bu insidenti etibarlı diplomatik kanallarla Rusiya ilə müzakirə edir” - deyə açıqlamada bildirilir.

Mənbə
ANS PRESS