Dünya

Hatton Garden oğurluğu "kameralara düşüb"

Metbuat.az
Londonun məşhur zərgərlik məhəlləsində baş verən oğurluq anlarının müşahidə kameralarına düşdüyü güman edilir.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, ötən həftə “Hatton Garden Safe Deposit” şirkəti soyularkən 300 milyon dollar dəyərində ləl-cəvahirat və nəğd pulun aparıldığı bildirilir.
 
Britaniyanın Daily Mirror nəşrinə əsasən görüntüdə inşaatçı geyimlərindəki şəxslər binaya zibil qutularını aparıb çıxarırlar.
Həmin qutularla binaya depozitlərin yarılması üçün istifadə edilmiş avadanlığın keçirildiyi təxmin olunur.
 
Polis oğurluğun bazar günü baş verdiyini güman edir. Hərçənd ki, işin üstü çərşənbə axşamı açılıb.
 
London daş-qaş qarətləri
 
1987-ci il iyul ayında Knightsbridge Təhlükəsizlik Depozit Mərkəzi tarixdə ən böyük qarətlərdən birinə məruz qalıb. İki silahlı quldur depozit qutusu kiralamaq istəyib və içəri daxil olduqdan sonra silahlarını çıxararaq təxminən 60 milyon funt dəyərində xəzinə əldə ediblər.

Soyğunçulardan Valerio Viccei 22 il həbs cəzası alıb.
 
2003-cü ildə 1.5 milyon funt dəyərində daş-qaş, nəğd pul və qiymətli əşya oğurlanıb. Müştəri qismində olan cinayətkar “Hatton Garden Safe Deposit” şirkətində bir neçə depozit qutusunu boşaldıb.
 
Milli.Az