Digər

Gürcüstanda partlayış nəticəsində 2 nəfər öldü

Metbuat.az

Gürcüstanın Qori rayonunun Plavi kəndində güclü partlayış baş verib.

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Şida Kartli regionunun polisindən bildiriblər ki, partlayış bir qrup mina təmizləyənin partlayıcı qurğunu zərərsizləşdirmək istədiyi an baş verib. Qeyd edək ki, Plavi kəndi Cənubi Osetiya ilə sərhəddə yerləşir.